Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirəcək


Azərbaycan Respublikası Atçılıq Federasiyası 19 may 2018-ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirəcək.

4 qaçışdan ibarət cıdırda 3 yaş və yuxarı Ərəb atları, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları, 3 yaş İngilis atları 1600 metr məsafədə və 4 yaş və yuxarı İngilis atları isə 2400 metr məsafədə qrup üzrə güclərini sınayacaq.

Cıdır saat 12.00-da başlayacaq.