Konkur üzrə “Bakı Çempionatı” kubokunun ikinci mərhələsi keçirilib.


Atçılığın konkur növü üzrə “Bakı Çempionatı” kubokunun ikinci mərhələsi 14 aprel 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutub.  S* kateqoriyası üzrə təşkil olunan oyunda  respublikamızın müxtəlif atçılıq klublarının idmançıları iştirak edib.

 

 Maneələrin hündürlüyü 130-140 sm olan yarışda  3-cü yerə idmançı Pənah Əlizadə Bill-Clinton ləqəbli atla, 2-ci yerə idmançı Rəşad Səmədov Cherowa  ləqəbli atla yüksəlmişdir.  Hər iki idmançı Elite Horse and Polo Club’u təmsil edir.

 

Keçirilən yarışların nəticələrinə əsasən birinci yer və Bakı Çempionu adına isə  “Buta Golden” klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla layiq görülmüşdür.

  

Beləliklə, iki gün davam edən Bakı Çempionatı turnirinə yekun vurulub.