BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ KONKUR ÜZRƏ “ARAF KUBOKU” KEÇİRİLİB


28-29 fevral 2020-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “ARAF kuboku” turniri keçirilib. Eyni zamanda ilin də ilk konkur yarışı olan turnirdə idmançılar A*, M*, S* (80-140sm) kateqoriyaları üzrə yarışmışlar.

“A*” kateqoriyası üzrə yarışda birinci yerə “Walonka” ləqəbli atla “Elite Horse&Polo Club” klubunun idmançısı Ramil İbrahimov layiq görülüb.

“M*” kateqoriyası üzrə yarışda ilk pilləyə isə “Gilas” ləqəbli atla “Sərhədçi” AİK-in idmançısı Seyid Musayev yüksəlib.

“S*” kateqoriyası üzrə yarışda birinci yerin sahibi isə “AFP S Chantal 261” ləqəbli atla “Omar” AİK-in idmançısı Kənan Novruzov oldu. O, final yarışında 140 sm hündürlükdəki maneələri uğurla keçərək “ARAF” kubokunun qalibi olub.

Yarışın ümumi mükafat fondu 5 min manat təşkil edir.