“Murad Kuboku” uğrunda mübarizə başa çatdı


21–22 may 2021-ci il tarixlərdə “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində “Murad Kuboku” uğrunda konkur yarışları keçirilib.

 

“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

 

İlk yarış 21 may tarixində saat 15:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 12 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nin idmançıRəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Sərhədçi Atçılıq klubu-nun idmançısı Məhəmməd İskəndərov Meq” ləqəbli atla 2-ci yerin sahibi olub. “Elit Atçılıq klubu-nun idmançısı Ramil İbrahimov “Alart S” ləqəbli atla 3-cü, “Murad Atçılıq Klubu”nun idmançısı Sona Məmmədova “Elano C” ləqəbli atla 4-cü yerin sahibi olub.

5-ci yerdə “Gilan Atçılıq Klubu” nun idmançısı Rahib İsmayilov “Alex” ləqəbli atla qərarlaşıb.

 

Günün 2-ci yarışı saat 16:30-dan etibarən başlayıb. “L” kateqoriyası üzrə,hündürlüyü 120sm olan yarışda 18 idmançı iştirak edib. Nəticədə “Buta Golden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotskiy “Fine Chocolate və «Astrello» ləqəbli atlarla 1-ci və 2-ci yerin sahibi olub. 3- yerdə “Bulud” ləqəbli atla “Omər Atçılıq Klubu”-nun idmançısı Elmar Abdullayev qərarlaşıb. “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nin idmançısı Ələkbər Məmmədov “Ak’s Clinteus” ləqəbli atla 4-cü yerin sahibi olub. 5-ci yerdə “Gilan Atçılıq Klubu”-nun idmaçısı Rahib İsmayilov “Carthanio” ləqəbli atla qərarlaşıb.

 

Nəhayət, 22 may  tarixində saat 11:30-dan etibarən üçüncü və turnirin son yarışına start verilib. “M**” kateqoriyalı 125 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 11 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotskiy Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Murad” kubokunun sahibi olub. “Gilan Atçılıq Klubu-nun idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla 2-ci, “Buta Golden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotskiy  isə ikinci ati olan “Fine Chocolate” ləqəbli  atla 3-cü yerdə qərarlaşıblar.

4-cü yerə “Ömər Atçılıq Klubu”-nun idmançısı Elmar Abdullayev  “Bulud” ləqəbli atla sahib olub. Final yarışının son mükafat yerinə isə “Murad Atçılıq Klubu”-nun idmançısı Kənan Novruzov “Elano C” ləqəbli atla sahib olub.