22 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib.


22 sentyabr  2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

3 qaçışdan ibarət cıdırda 2 yaş və yuxarı İngilis atları 1000 metr məsafədə kriterium, 3 yaş Qarabağ və Dilbaz atları 1800 metr məsafədə meyden, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr məsafədə handikap sistemi üzrə güclərini sınayıb.

2 yaş yuxarı İngilis atlarının  qaçışında  jokey Tahirov Rauf  “Şəfəqim” ləqəbli atla 3-cü yerin (1:01.440), jokey Əliyev Azər “Atilla” ləqəbli atla 2-ci yerin (1:01.102), jokey Rüstəmov Yusif  “Prince” ləqəbli atla 1-ci yerin (1:00.616) sahibi olmuşdur.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının qaçışında jokey Hacıyev Orxanbəy “Qalxan” ləqəbli atla 3-cü yerin (1:59.314), jokey Nəzərov Hilal  “Dağlar” ləqəbli atla 2-ci yerin (1:57.143), jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 1-ci yerin (1:57.100)  sahibi olmuşdur.

 

3 yaş Qarabağ və Dilbaz atlarının qaçışında  jokey Azayev Səxavət “Arteriya” ləqəbli atla 3-cü yerin (2:51.445), jokey Rüstəmov Yusif  “Sevgi” ləqəbli atla 2-ci yerin (2:51.431), jokey Nəzərov Vüsal “Yalçın qız” ləqəbli atla 1-ci yerin (2:42.965)  sahibi olmuşdur.