8 sentyabr 2018-ci il tarixdə Cıdır yarışı keçiriləcək.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 8 sentyabr 2018-ci il tarixdə Cıdır yarışı keçirəcək.

4 qaçışdan ibarət cıdırda 3 yaş İngilis atları 1400 metr məsafədə meyden, 3 yaş Qarabağ və Dilbaz atları 1600 metr məsafədə qrup üzrə “Qızıl Tac” kuboku, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 2400 metr məsafədə qrup üzrə ARAF kuboku uğrunda, 2 yaş İngilis atları isə  1600 metr məsafədə handikap sistemi üzrə güclərini sınayacaqlar.

Cıdır saat 10.00-da başlayacaq.

http://araf.az/pdf/8sentyabrFX81W.pdf