Arzu Kuboku


1-2 mart 2024-cü il tarixlərdə “Binə Atçılıq Mərkəzinin”nin qapalı manejində “Arzu Kuboku” uğrunda konkur yarışları keçirilib.


“E” , “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.


“E” kateqoriyası üzrə 90 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 18 idmançının iştirak etdiyi mübarizədə “Məktəb” klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla 1-ci, “Omar” klubunun idmançısı Samira Baxşıyeva “Bulud” ləqəbli atla 2-ci,  “Sərhədçi” klubunun idmançısı Gülay Fərzəliyeva “Alma” ləqəbli atla 3-cü, “Elite” klubunun idmançısı Anar Hümbətov “Naxçıvanskiy” ləqəbli atla 4-cü və “Məktəb” klubun idmançısı Kamilla Həsənbəyova “Pur-pur” ləqəbli atla 5-ci yerin sahibi olub.




“L” kateqoriyası üzrə, hündürlüyü 115 sm olan yarışda 10 idmançı iştirak edib. Nəticədə “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 1-ci, eyni klubun idmançısı Anar Hümbətov “Cera 59” ləqəbli atla 2-ci, “Gilan”  klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 3-cü həmçinin Aleks1 ləqəbli atla 4-cü yer və “Sərhədçi” klubunun idmançısı Ramil İbrahimov “Şirin” ləqəbli atla 5-ci yer olmuşdur.




“M**” kateqoriyası üzrə, hündürlüyü 120 sm olan yarışda 10 idmançı iştirak edib. Nəticədə “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla 1-ci, “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 2-ci,  “Sərhədçi” klubunun idmançısı Ramil İbrahimov “Şirin” ləqəbli atla 3-cü, “Gilan”  klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 4-cü və  “Elite” klubunun idmançısı Anar Hümbətov “Cera 59” ləqəbli atla 5-ci yerdə qərarlaşmışdır.