“Arzu” kuboku turnirinin ilk mərhələsi


23 fevral 2018-ci il tarixində Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Arzu” kuboku turnirinin ilk mərhələsi  keçirilib. E və M* kateqoriyaları üzrə keçirilən yarışda maneələrin hündürlüyü E kateqoriyası üzrə 80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm olub.

E kateqoriyası üzrə yarışda 3-cü yeri “Omar” klubunun idmançısı Nurlan Rüstəmov Emily Du Barbour ləqəbli atla, 2-ci yeri Atçılıq məktəbinin idmançısı Rüstəm Hümbətov Carry Sanders ləqəbli atla, 1-ci yeri isə Sərhədçi klubunun idmançısı Dünyamalı Qurbanbəyov Wasab I ləqəbli atla qazanmışdır.

 

M* kateqoriyası üzrə yarışda 3-cü yerə “Elite” klubunun idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla, 2-ci yerə“Murad” klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla,  ilk pilləyə isə  “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla yüksəlmişdir.

 

Qeyd edək ki, Arzu kubokunun ikinci mərhələsi 24 fevral 2018-ci il tarixdə keçirələcək.

Yarışın ümumi mükafat fondu 5000 manatdır.