Azərbaycan idmançısı Rahib Ismayilov (CSI1*) Turnirindən qalibiyyətlə ayrılır


05/10/2017 - 08/10/2017 tarixdə Gürcüstanın paytaxtı Tiflis şəhərində CSI1* Qafkaz Kuboku yarışı keçirilmişdir. Yarışda İran İslam Respublikası, Gürcüstan, Ukrayna, Qazaxıstan, Polşa və Azərbaycan təmsilçiləri iştrak etmişdir. Turnirin ilk günü sürət yarışında 3-cü və 2ci yerləri Gürcüstan təmsilçisi Ş.Qaçeçiladze, 1ci yeri isə Azerbaycanlı idmançı Rahib İsmayilov "ACO'S FIRST BOY" ləqəbli atla qazanmışdır. Turnirin 2-ci günündə Joker yarışı keçirilmiş və orada 3-cü yerə "CARTHANIO" ləqəbli atla Rahib İsmayilov, 2-ci yerə Ukraynalı idmançı Nataliya Mışkova, 1-ci yerə isə "ACO'S FIRST BOY" ləqəbli atla Rahib İsmayılov layiq görülmüşdür. Turnirin sonuncu günündə maneələrin hündürlüyü 140-160 sm olan Qrand Pri yarışında 4-cü yeri T. Papiaşvili, 3-cü yeri Ş.Qaçeçiladze, 2-ci yeri N.Mışkova , 5-ci və 1-ci yerləri isə Rahib İsmayılov "ACO'S FIRST BOY" və "CARTHANIO" ləqəbli atlarla qazanmışdır. Turnirin ümumi mükafat fondu 5000 $ təşkil etmişdir.