Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirəcək.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 5 may 2018-ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirəcək.

5 qaçışdan ibarət cıdırda 3 yaş Qarabağ və Dilbaz atları 1400 metr məsafədə qrup üzrə, 3 yaş və yuxarı Ərəb atları 1800 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 3 yaş İngilis atları 1600 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə Handikap sistemi üzrə güclərini sınayacaq.

Cıdır saat 12.00-da başlayacaq.