Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib


Azərbaycan Respublikası Atçılıq Federasiyası 16 iyun 2018-ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

4 qaçışdan ibarət cıdırda 2 yaş İngilis atları 800 metr məsəfadə meyden sistemi üzrə, 3 yaş Qarabağ və Dilbaz atları 1800 metr, 3 yaş İngilis atları 2000 metr,  4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2000 metr məsafədə handikap sistemi üzrə güclərini sınayıb.

2 yaşlı İngilis atlarının yarışında jokey Nəzərov Hilal “Naxçıvan” ləqəbli atla 1-ci yeri, jokey Tahirov Rauf “Matilda” ləqəbli atla 2-ci yerə, jokey Məcidov Azər  “Mismambo” ləqəbli atla 3-cü yeri qazanmışdır.

 

3 yaş Qarabağ və Dilbaz atlarının yarışında jokey Nəzərov Hilal “Zirvə” ləqəbli atla 1-ci yerə, jokey Nəzərov Vüsal “Yalçın qız” ləqəbli atla 2-ci yerə, jokey Hacıyev Orxanbəy “Laləzar” ləqəbli atla 3-cü yerə yüksəlmişdir.

 

3 yaş və yuxarı İngilis atlarının yarışında jokey Əliyev Azər “Cherry Grace” ləqəbli atla 1-ci yeri, jokey Hacıyev Orxanbəy “Majestic Warrior ” ləqəbli atla 2-ci yeri, jokey Məcidov Azər “Butsefal” ləqəbli atla 3-cü yeri qazanmışdır.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında isə jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 1-ci yerin, jokey Tahirov  Zaur “Qalxan” ləqəbli atla 2-yerin,  jokey Nəzərov Hilal “Dağlar” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.