Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib.


25  avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

4 qaçışdan ibarət cıdırda 4 yaş Qarabağ və Dilbaz atları 2400 metr məsafədə qrup üzrə “Derbi”, 3 yaş İngilis atları 2400 metr məsafədə qrup üzrə “Derbi”, 2 yaş İngilis atları 1400 metr məsafədə meyden, 4 yaş və yuxarı İngilis atları isə 2400 metr məsafədə qrup üzrə ARAF kuboku uğrunda güclərini sınayıb.

4 yaş Qarabağ və Dilbaz atlarının “Derbi” qaçışında  jokey Tahirov Rauf “Şahmar” ləqəbli atla 3 -cü yerin (3:07.130), jokey Nəzərov Hilal “Netron” ləqəbli atla 2-yerin (3:02.671), jokey Əliyev Azər isə “Dəmir” ləqəbli atla 1-ci yerin (3:01.064)  və “Derbi” kubokunun sahibi olmuşdur.

 

3 yaş İngilis atlarının “Derbi” qaçışında isə jokey Hacıyev Orxanbəy “Prince” ləqəbli atla 3-cü yerin (2:39.772), jokey Əliyev Azər “Atilla” ləqəbli atla 2-yerin (2:39.646), jokey Nəzərov Hilal “Bahr” ləqəbli atla 1-ci yerin (2:37.680) və “Derbi” kubokunun sahibi olmuşdur.

 

4 yaş və yuxarı İngilis atlarının qaçışında  jokey Hacıyev Orxanbəy “Butsefal” ləqəbli atla 3-cü yerin (2:38.277), jokey Tahirov Rauf  “Şəfəqim” ləqəbli atla 2-yerin (2:38.047), jokey Nəzərov Hilal “Majestic  Warrior” ləqəbli atla 1-ci yerin (2:37.977) və ARAF kubokunun sahibi olmuşdur.

2 yaşlı İngilis atlarının yarışında jokey Əliyev Azər “Quida” ləqəbli atla 3-cü yeri (1:35.744), jokey Hacıyev Orxanbəy  “Matilda” ləqəbli atla 2-ci yeri (1:34.466), jokey Nəzərov Hilal “Mismambo” ləqəbli atla 1-ci yeri (1:33.137) qazanmışdır.