Azərbaycan Respublikası Atçılıq Federasiyası Milli Atçılıq Festivalına həsr olunmuş mətbuat konfransı keçirib.


Bu gün "Elite Horse & Polo Club"da Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkil edəcəyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda ARAF-ın vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Elşad Abbasov, Federasiyanın baş katibi Bəhruz Nəbiyev, Təşkilat Komitəsinin sədri Bəsirət Quliyev, idarə heyətinin üzvləri Əbülfəz Məlikov, Natiq Zeynalov, Milli Atçılıq Festivalının ictimaiyyətlə əlaqələri üzrə məsul şəxs Leyla Quliyeva iştirak edib.

Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar geniş şəkildə ictimaiyyətə və mediaya çatdırılmışdır.

Qeyd etdiyimiz kimi, bu gün həm də Çövkən Milli Atüstü Oyunu üzrə 100 illik yubiley turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmada “Sərhədçi”, “Polad”, “Köhlən”, “Murad”, “Buta Qolden” və “Omar” komandaları ilə yanaşı Ağstafa və Ağcəbədinin çövkən komandaları da iştirak edib. 

Püşk atılıb və komandalar rəqiblərini tanıyıb. 

Aşağıdakı linkə daxil olaraq püşkatmanın nəticələri ilə tanış ola bilərsiniz.

 http://araf.az/pdf/covkenoyuncedvelison.pdf