AZƏRBAYCAN RESPUBLİKASI ATÇILIQ FEDERASİYASININ TƏŞKİLATÇILIĞI İLƏ NÖVBƏTİ CIDIR YARIŞLARI KEÇİRİLİB


18 May 2019-cu il tarixdə yeni cıdır mövsümünün ikinci yarışları keçirilib. Binə Atçılıq Mərkəzinin hipodromunda keçirilən yarışlar maraqlı atmosferi və qalibiyyət uğrunda əzmli, mübarizə dolu anları ilə diqqət çəkib

Yerli vaxtla saat 11:00 da start götürən yarışda 4 müxtəlif kateqoriya və məsafələrə qaçışlar təşkil olunmuşdur. 3 yaş Ərəb atlarının yarışdığı 1200 m məsafəyə qaçışda 1-ci qaçışın nəticəsinə görə 1-ci və 2-ci yerin sahibləri müvafiq olaraq “Günay” AİK-in sahibi olduğu Şiraz” ləqəbli at və “Qraf” ləqəbli at, 3-cü yerin sahibi isə Əsgərov Rafimin sahibi olduğu Renessans-Tersk” ləqəbli at olmuşdur.

3 yaş ingilis atlarının yarışdığı 1600 m məsafəyə qaçışda 2-ci qaçışın nəticəsinə görə 1-ci və 2-ci yerləri müvafiq olaraq Xan-Xan” AİK-in sahibi olduğu “Naxçıvan” ləqəbli at və “Miss Mambo” ləqəbli at tutmuşdur, 3-cü və 4-cü yerlərin sahibi isə, müvafiq olaraq Ənsərov Elşənin sahibi olduğu “Lucky Strike” ləqəbli at və “Azəri” ləqəbli at olmuşdur.

3-cü, yəni 1800 m məsafəyə qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları yarışmışlar. Bu qaçışda 1-ci yerin sahibi “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar ləqəbli at, 2-ci və 3-cü yerlərin sahibi isə, müvafiq olaraq “Sərhədçi AİK-in sahibi olduğu “Qaradaq” ləqəbli at, “Qoşqar” ləqəbli at olmuşdur.

Mövsümün 2-ci cıdır yarışlarının son qaçışında 4 yaşdan yuxarı ingilis atları 1800 m məsəfadə güclərini sınamışlar. Bu qaçışda 1-ci, 2-ci və 4-cü yerlərin sahibi müvafiq olaraq “Omar” AİK-in sahibi olduğu “Atilla” ləqəbli at, “Mr. Tornado” ləqəbli at və “Omar” ləqəbli at, 3-cü yerin sahibi isə Ənsərov Elşənin sahibi olduğu “Caspian Surf” ləqəbli at olmuşdur.

Yarışların ümumi mükafat fondu 11200 manat təşkil etmişdir.