Azərbaycanda 6-cı dəfə keçiriləcək "Arena Polo üzrə Dünya Kuboku" turniri haqqında PRESS RELİZİ.


Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı son dərəcə yüksək səviyyədə həyata keçirilir. Festival çərçivəsində bir neçə tədbir və turnirlər həyata keçirilib.

Milli Atçılıq Festivalına 15-17 iyun 2018-ci il tarixdə artıq 6-cı dəfə keçiriləcək Arena Polo üzrə Dünya Kuboku yarışları ilə yekun vurulacaq.

14 iyun 2018-ci il tarixdə “JW Marriott Absheron Baku” Hoteldə Arena Polo Dünya Kuboku ilə bağlı mətbuat konfransı keçiriləcək. Konfransda komandalar və sponsorların təqdimatı olacaq.

15 iyun 2018-ci il tarixdə “Elite Horse & Polo Club” (Pasha Bank) və Indian Polo & Riding Club New Delhi (Bot) arasında baş tutacaq yarışla Arena Polo Dünya Kuboku start götürəcək. Günün ikinci oyunu isə Polo Club Wicklow (Palladium) və Rhein Polo Club Düsseldorf (Altun 97) arasında baş tutacaq. Günün sonunda isə “Elite Events Hall”da  Baku Moritz Qala gecəsi keçiriləcək.

16 iyun 2018-ci il tarixdə isə günün ilk oyununda  Rhein Polo Club Düsseldorf (Altun 97) və Indian Polo & Riding Club New Delhi (Bot) mübarizə aparacaq. İkinci oyun isə Elite Horse & Polo Club (Pasha bank) və Polo Club Wicklow (Palladium) arasında baş tutacaq. Kubokun ikinci günü “Port Baku Scalini”də keçiriləcək World Polo Party (iştirak yalnız dəvətnamə ilə)  ilə sonlanacaq.

17 iyun 2018-ci il tarixdə keçiriləcək oyunlarda isə üçüncülük və final uğrunda mübarizə olacaq. Və sonda keçiriləcək mükafatlandırma mərasimi ilə 2018-ci il Arena Polo Dünya Kubokuna yekun vurulacaq.