BİNƏ ATÇILIQ MƏRKƏZİ ƏRAZİSİNDƏ CIDIR MÖVSÜMÜNÜN ALTINCI YARIŞLARI KEÇİRİLİB


13 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyanının təşkilatçılığı ilə  növbəti cıdır yarışları keçirilib. Yerli vaxtla saar 11:00-da başlayan yarışlarda Qarabağ, Dilbaz və İngilis atlar 3 müxtəlif kateqoriyada öz güclərini sınamışlar.

4 yaş və yuxarı Qarabağ və Dilbaz atların yarışdığı 2000 m məsafədə, birinci qaçışın nəticəsinə görə 1-ci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” ləqəbli at, 2-ci yeri “Sərhədçi” AİK-in sahibi olduğu “Qalxan” ləqəbli at, 3-cü yeri İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at tutmuşdur.

İkinci qaçış 3 yaş və yuxarı ərəb atlarla 1400 m məsafəyə qaçış uğrunda mübarizə ilə davam etmişdir. Bu qaçışın nəticəsinə görə 1-ci yerin sahibi “Günay” AİK-in sahibi olduğu “Şiraz” ləqəbli at, 2-ci yerin sahibi Əsgərovun Rafimin sahibi olduğu “Renessans-Tersk” ləqəbli at, 3-cü yerin sahibi “Günay” AİK-in sahibi olduğu “Qraf” ləqəbli at olmuşdur.

Son, yəni üçüncü qaçışda 1600 m məsafədə 3 yaş Qarabağ və Dilbaz atları yarışmışlar. Bu qaçışda 1-ci yeri Tatlıyev Əlinin sahibi olduğu “Zaman” ləqəbli at, 2-ci və 3-cü yerləri müvafiq olaraq “Xan-Xan” AİK-in sahibi olduğu “Xan qızı” ləqəbli at və “Çalxanqala” ləqəbli at, 4-cü yeri isə, Atayev Şəmsəddinin sahibi olduğu “Sərv” ləqəbli at tutmuşdur.

Yarışların ümumi mükafat fondu 8800 manat təşkil etmişdir.