CIDIR MÖVSÜMÜNÜN NÖVBƏTİ YARIŞLARI KEÇİRİLİB


20 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyanının təşkilatçılığı ilə növbəti cıdır yarışları keçirilib. Yerli vaxtla saat 11:00-da başlayan yarışlarda Qarabağ, Dilbaz, Ərəb və İngilis atlar 3 müxtəlif kateqoriyada öz güclərini sınamışlar.

4 yaşdan yuxarı ingilis atların yarışdığı 1600 m məsəfadə 1-ci qaçışın nəticəsinə görə 1-ci yeri Əlizadə Azərin sahibi olduğu “Butsefal” ləqəbli at 2-ci və 3-cü yerləri müvafiq olaraq “Omar” AİK-in sahibi olduğu, “Mr. Tornado” ləqəbli at və “Atilla” ləqəbli at tutmuşdur.

İkinci qaçış 3 yaş və yuxarı ərəb atlarla 2000 m məsafəyə qaçış uğrunda mübarizə ilə davam etmişdir. Bu qaçışın nəticəsinə görə 1-ci yerin sahibi Əsgərovun Rafimin sahibi olduğu “Renessans-Tersk” ləqəbli at, 2-ci yerin sahibi “Qraf” AİK-in sahibi olduğu “Şiraz” ləqəbli at, 3-cü yerin sahibi Fərhadov Rövşənin sahibi olduğu “Dül-dül” ləqəbli at olmuşdur.

4 yaş və yuxarı Qarabağ və Dilbaz atların yarışdığı 2400 m məsafədə, üçüncü qaçışın nəticəsinə görə 1-ci və 2-ci yerləri müvafiq olaraq “Sərhədçi” AİK-in sahibi olduğu “Qaradaq” ləqəbli at, və “Qalxan” ləqəbli at, 3-cü yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” ləqəbli at, 4-cü yeri isə İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at tutmuşdur.

Yarışların ümumi mükafat fondu 8700 manat təşkil etmişdir.