Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin final oyunu keçirildi


24 dekabr 2017-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin final oyunu keçirildi. Saat 12:00-da Ağstafa Çövkən Komandası Ağcabədi ilə 3-cülük uğrunda mübarizə apardı. Oyun Ağcabədi komandasının xeyrinə 4-1 hesabı ilə başa çatdı. Beləliklə Ağcabədi Komandası Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin 3-cüsü oldu.

 Final görüşündə isə Sərhədçi Polad Çövkən Komandasını qəbul etdi. Sərhədçi Poladı 2-1 hesabı ilə məğlub edərək, 2017-ci ilin ən güclü çövkən yığması və Prezident Kubokunun qalibi adını qazandı. Polad Çövkən Komandası isə 2-ci yerdə qərarlaşdı.