“Elite Horse & Polo Club” Kubokunun ilk mərhələsi keçirilib.


7 dekabr 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” Kubokunun ilk mərhələsi  keçirilib.  E və M* kateqoriyaları üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü E kateqoriyası üzrə 80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm olub.


E kateqoriyası üzrə yarışda 3-cü yeri Omar Atçılıq Klubunun idmançısı Nurlan Rüstəmov “Emily Du Barbour” ləqəbli atla qazanmışdır.

Sərhədçi Atçılıq klubunun idmançısı Dünyamalı Qurbanbəyov “Val Paulo” ləqəbli atla 2-ci yerə, “Wasab 1” ləqəbli atla isə 1 -ci yerə layiq görülmüşdür. 

M* kateqoriyası üzrə yarışda 3-cü yerə Arzu Atçılıq klubunun idmançısı Anar Balahüseynov Lorio ləqəbli atla, 2-ci yerə “Elite Horse & Polo Club”un idmançısı Kənan Novruzov “Cera-59” ləqəbli atla,  ilk pilləyə isə Sərhədçi Atçılıq klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla yüksəlmişdir. 

Qeyd edək ki, "Elite Horse & Polo Club" kubokunun ikinci mərhələsi 8 dekabr 2018-ci il tarixdə saat 14:00-da Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.