“Elite Horse & Polo Club” turnirinə yekun vurulub.


8 dekabr 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində “Elite Horse & Polo Club” kubokunun ikinci mərhələsi keçirilmişdir.  S* kateqoriyası üzrə təşkil olunan yarışda  hər yaş qrupundan olan idmançılar iştirak edib.

 

 Maneələrin hündürlüyü 130-140 sm olan yarışda  3-cü yerə “Elite Horse & Polo Club”un idmançısı Kənan Novruzov “Cera 59” ləqəbli atla, 2-ci yerə “Buta Golden” klubunun idmançısı   Yahor Morotski “Astrello” ləqəbli atla yüksəlmişdir.  

 

Sərhədçi Atçılıq klubunun idmançısı Seyid Musayev isə “Gilas” ləqəbli atla birinci yerin və “Elite Horse & Polo Club” kubokunun sahibi olmuşdur.

 

Beləliklə, iki gün davam edən “Elite Horse & Polo Club” turnirinə yekun vurulub.