KOMANDAMIZ 7-Cİ ARENA POLO ÜZRƏ DÜNYA KUBOKUNUN QALİBİ OLUB


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən “7-ci Arena Polo Dünya Kuboku” turniri başa çatıb.

Ölkəmizi təmsil edən "Elite Horse and Polo Club" komandası final oyununda Almaniya təmsilçisi "Los Nocheros Polo Club Münster" komandası üzərində 15-4 hesablı qələbə qazanaraq 1-ci yerin sahibi olub.

Üçüncü və dördüncü yerlər uğrunda mübarizədə Rusiya təmsilçisi “Planernaya Polo Club Moscow” İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz”üzərində qələbə qazanaraq 3-cü yerin sahibi olub.

Daha sonra dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.