Konkur üzrə “Murad Kuboku” turnirinin ilk mərhələsi keçirilib.


9 noyabr 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Murad Kuboku” turnirinin ilk mərhələsi  keçirilib.  E və M* kateqoriyaları üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü E kateqoriyası üzrə 80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm olub.

E kateqoriyası üzrə yarışda iştirak edən 15 idmançı arasından 3-cü yeri Atçılıq məktəbinin idmançısı Mübariz Hüseynov “Ak's-Clinteus” ləqəbli atla, 2-ci yeri Omar Atçılıq Klubunun idmançısı Nurlan Rüstəmov “Emily Du Barbour” ləqəbli atla qazanmışdır. 1-ci yerə isə Sərhədçi Atçılıq klubunun idmançısı Dünyamalı Qurbanbəyov “Val Paulo” ləqəbli atla layiq görülmüşdür.

 

M* kateqoriyası üzrə yarışda isə 3-cü yerə Murad Atçılıq klubunun idmançısı Ömər Şimşək “Damour” ləqəbli atla, 2-ci yerə Omar Atçılıq klubunun idmançısı Ələkbər Məmmədov “Francesco” ləqəbli atla,  ilk pilləyə isə  Arzu Atçılıq klubunun idmançısı Anar Balahüseynov Lorio ləqəbli atla yüksəlmişdir.

 

Qeyd edək ki, Murad kubokunun ikinci mərhələsi 10 noyabr 2018-ci il tarixdə saat 11.00-da Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcək