Milli Atçılıq Festivalı – 2023 Dünya Çempionatının3-cü turu və Final oyunu keçirilib.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.
8 noyabr 2023-cü il tarixində Çövkən üzrə Dünya Çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.
Günün ilk, çempionatın 7-ci oyunu saat 16:00-da Özbəkistan – Polşa, final oyunu isə Azərbaycan – Mərakeş komandaları arasında olub.
3-cü turda baş tutan mübarizənin sonunda oyun Özbəkistan 0-5 Polşa hesabı ilə başa çatıb və Dünya Çempionatının üçüncüsü Polşa komandası olub.
Qarşılaşmada Marek Setkiewicz (3), Marta Szostak (1) və Marianna Olbrych (1) qol sayı ilə fərqlənməyi və komandalarına qalibiyyət gətirməyi bacarıblar.
Günün son və çempionatın final oyunu Azərbaycan – Mərakeş komandaları arasında keçirilib.
Final oyununda komandamız Mərakeş təmsilçiləri qarşısında 4 qolla üstünlük əldə edib və Dünya Çempionatının qalibi olub.
Rəqib komandanın qapısına qolları Tərlan Qurbanaliyev (2), Şamil Budaqov (1) və Şahmar Nağızadə vurub.
Ümumilikdə çempionatın bombardiri 6 qolla Tərlan Qurbanaliyev olub.
Beləliklə, Azərbaycan 1-ci, Mərakeş 2-ci, Polşa isə 3-cü yerdə qərarlaşıb.
Sonda 4, 5, və 6-cı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə görə təşəkkürnamə, ilk 3 yerin qalibinə ardıcıllıqla qızıl, gümüş və bürünc medal, həmçinin Fəxri Diplom, final oyununun qalibi olan milli yığmamıza isə Dünya Çempionatının kuboku təqdim edilib.