“Milli Atçılıq Festivalı – 2023” münasibətilə Mətbuat Konfransı keçirilib


3 noyabr 2023-cü il tarixdə saat 12:00-da Xəyal adasında yerləşən “Dreamland Golf Hotel” mehmanxanasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5-8 noyabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı münasibətilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında media nümayəndələrinə və tədbir iştirakçılarına texniki məlumat verildikdən sonra Dünya Çempionatının püşkatma hissəsi keçirilib.
Püşkatmanın nəticələrinə görə 5 noyabr tarixində keçiriləcək ilk 3 oyun Türkiyə - Azərbaycan, Qazaxıstan - Mərakeş, Özbəkistan - Polşa oyunları təyin edilib.
Çempionatın 2-ci günündə 1-ci oyunun qalibi Qazaxıstan - Mərakeş oyununun məğlubuna, Qazaxıstan - Mərakeş oyununun qalibi Özbəkistan - Polşa oyunun məğlubuna, Qazazıstan - Polşa oyununun qalibi isə Türkiyə - Azərbaycan oyunun məğlubuna qarşı oyun keçirəcək.