Polad Kuboku turniri.


23&24  mart 2018-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə Polad Kuboku turniri keçiriləcək. Turnirin ilk günü E və M* kateqoriyaları, ikinci günü isə S* kateqoriyası üzrə keçiriləcək. E kateqoriyası üzrə maneələrin hündürüyü 80-85 sm olan yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 125 sm olaraq nəzərdə tutulmuşdur.

Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edir.