“Polad” kuboku turnirinin ilk mərhələsi keçirilib.


23 mart 2018-ci il tarixində Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad” kuboku turnirinin ilk mərhələsi  keçirilib.  E və M* kateqoriyaları üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü E kateqoriyası üzrə               80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm olub.

E kateqoriyası üzrə yarışda 3-cü yeri Atçılıq məktəbinin idmançısı Ramil İbrahimov  Light Limerick ləqəbli atla, 2-ci yeri “Omar” klubunun idmançısı Nurlan Rüstəmov Emily Du Barbour  ləqəbli atla qazanmışdır. 1-ci yerə isə “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov Wasab 1 ləqəbli atla layiq görülmüşdür.

 

M* kateqoriyası üzrə yarışda 3-cü yerə Gilan” klubunun idmançısı Rahib İsmayılov Xəzər ləqəbli atla,  2-ci yerə “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla,  ilk pilləyə isə “Omar” klubunun idmançısı Ələkbər Məmmədov Francessco ləqəbli atla yüksəlmişdir.

 

Qeyd edək ki, Polad kubokunun ikinci mərhələsi 24 mart 2018-ci il tarixdə saat 11.00-da Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcək.

Yarışın ümumi mükafat fondu 5000 manatdır.