Press Release


2015-ci ildə ilk dəfə FİP Arena Polo üzrə Avropa Çempionatını keçirən Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Elite Horse and Polo Club” 2017-ci il 9-10 sentyabr tarixlərində CBC Sport Arena Polo üzrə növbəti Dünya Kuboku yarışlarını təqdim etməyə hazırlaşır.
 Artıq beş ildir ki Azəbaycan Respublikası Atçılıq Federasiyası World Polo MMC, Reto Gaudenzi və onun komandası ilə birlikdə mükəmməl və yüksək səviyyəli arena polo turnirinin keçirilməsinə nail olur. Bu müddət ərzində Reto Gaudenzi Federasiyanın prezidenti cənab Elçin Quliyev tərəfindən ARAF-ın beynəlxalq səviyyədə rəsmi nümayəndəsi təyin edilmişdir.  3 gün ərzində möhtəşəm idman yarışları və dəbdəbəli və əyləncəli polo gecələri bütün dünyadan gələn qonaqları Bakıda   salamlayacaq.
 
Polo Azərbaycanda
 
Azərbaycan polonun vətəni kimi tanınır və bu idman növü Bakıya 2013-cü ildə, Grass Arena Polo World Cup Azerbaijan yarışması ilə qayıdıb. Son illərdə World Polo MMC Reto Gaudenzinin rəhbərliyi və ARAF-ın və Elite Horse and Polo Club-un dəstəyi ilə Azərbaycanın paytaxtında 4 uğurlu polo tədbiri keçirib. İlk iki ildə qazanılmış böyük uğurun davamı olaraq 2015-ci il Bakı tarixdə ilk FİP Arena Polo European Championship yarışmasına da ev sahibliyi edib. 2020-ci ildə keçiriləcək Otüstü Polo üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün Bakının da namizədliyi irəli sürülüb
 
 
                                           KOMANDALAR:
 
 
“GRAND CHAMPIONS POLO CLUB” komandası. Palm Beach, ABŞ (+11)
 
(+1) Melisa Qanzi – ABŞ (K)
(+7) Xuan Bollini – Argentina
(+3) Tito Quadenzi – ABŞ
 
“ELİTE HORSE AND POLO CLUB” Komandası. Azərbaycan (+12)
 
(+4) Elçin Camallı – Azərbaycan (K)
(+3) Rəşad Həsənov – Azərbaycan
(+3) Əli Rzayev – Azərbaycan
( 0 ) Amil Namazov
(+2) Tərlan Qurbanəliyev
 
“MONTE CARLO POLO TEAM” Komandası. Monte Karlo, Monako (+12)
 
(+2) Romi Cianni – İtaliya (k)
(+8) Dario Musso – Argentina
(+2) Qils Qrinvud – Böyük Britaniya
 
“EYVİVA POLO CLUB” Komandası. St.Moritz İsveçrə (+11)
 
( 0 ) Janna Bandurko – Rusiya (K)
( 0 ) Raya Sidorenko) – Rusiya
(+4) Martin Estrada  - Argentina
(+7) Santyaqo Novillo Astrada – Argentina
 
                                              YARIŞ CƏDVƏLI:
 
7 Sentyabr / Cümə axşamı
 
14:30 Mətbuat Konfransı (JW Marriott Absheron Baku) 
17:00 Komandaların təqdimatı
18:00 Komandalar, media nümayəndələri və sponsorlar üçün ziyafət
 
8 Sentyabr / Cümə
 
17:00 Qapılar açılır 
18:00 1-ci Polo oyunu (Elite Horse & Polo Club – Grand  Champions Polo Club )
19:15 2-ci Polo oyunu (Monte Carlo Polo Club – Evviva Polo Club St Moritz)
20:30 World Polo Party (ancaq dəvətnamə ilə)
 
9 Sentyabr / Şənbə
 
17:00 Qapılar açılır 
18:00 1-ci Polo oyunu (Monte Carlo Polo Club – Grand Champions Polo Club )
19:15 2-ci Polo oyunu (Evviva Polo Club St Moritz – Elite Horse & Polo Club)
20:00 Baku Moritz Night Polo Party (Elite Event Hall)
 
Bilet sifarişi üçün: +99 412 565 30 01 və ya +994 50 882 05 73
 
10 Sentyabr / Bazar
 
14:00 Qapılar açılır
15:00 3-cü yer uğrunda oyun
16:15 Final
17:00 Mükafatlandırma mərasimi