PREZİDENT KUBOKUNUN QALİBİ - OMAR ÇÖVKƏN KOMANDASI


PREZİDENT KUBOKUNUN QALİBİ -  OMAR ÇÖVKƏN KOMANDASI 

24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final oyunu keçirilib. 

Final görüşündə Buta Qolden Çövkən Komandası ilə Omar Çövkən Komandası qarşılaşıblar. Çox gərgin mübarizə şəraitində keçən görüşdə Omar komandası rəqibi üzərində 3-0 qələbə qazanaraq Prezident Kubokunun qalibi olub. 

Polad və Sərhədçi Çövkən komandaları arasında keçirilən üçüncülük uğrunda görüşdə isə Polad komandası Sərhədçiyə 5-0 hesabı ilə qalib gələrək ilk üçlüyə daxil ola bilib. 

Oyunları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov və digər rəsmi şəxslər izləyib. 

Qaliblərə Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan tərəfindən xüsusi kubok və fəxri fərmanlar təqdim olunub.

Həmçinin Federasiya Prezidenti tərəfindən cənab Bilal Erdoğana xüsusi hədiyyə - at suveniri təqdim olunub.