QARABAĞ ATLARI MOSKVADA BEYNƏLXALQ AT SƏRGİSİNDƏ


Qarabağ atları Moskvada keçirilən XXI Beynəlxalq At Sərgisində nümayiş olunur. Noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçirilən "Ekviros" adlı sərgidə ilk dəfə olaraq Azərbaycanın qüruru olan nadir cins Qarabağ atları iştirak edir.

Qarabağ atlarının Moskvada keçirilən sərgidə iştirakında Azərbaycan Respublikası Atçılıq Federasiyası, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Qarabağ atlarının populirizasiyası ilə məşğul olan "Unicorn Challange" kompaniyası xüsusi dəstək göstərir.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə heyəti tərəfindən izləyicilərə Qarabağ atları, onların tarixi və xüsusiyyətləri haqqında geniş məlumat verilib.

Qeyd edək ki, sərgidə, 4 gün ərzində təqribən, 300 atın iştirakı planlaşdırılmışdır.