RESPUBLİKAMIZDA CIDIR YARIŞLARININ YENİ MÖVSÜMÜNƏ START VERİLMİŞDİR.


4 May 2019-cu il tarixdə Binə Atçılıq Mərkəzi ərazisində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə yeni mövsümün cıdır yarışlarına start verilmişdir. Artıq ənənə halını almış hər il keçirilən cıdır yarışlarında müxtəlif məsafələrdə İngilis, Ərəb, Qarabağ və Dilbaz atları iştirak edir.

5 qaçışdan ibarət cıdır günü çox gərgin mübarizə şəraitində keçmişdir. Qarabağ və Dilbaz atlarının yarışdığı 800 m məsafəyə qaçışda 1-ci qaçışın nəticəsinə görə 1-ci və 2-ci yerin sahibləri müvafiq olaraq “Xan-Xan” AİK-in sahibi olduğu “Çalxan qala” ləqəbli at və “Xan qızı” ləqəbli at, 3-cü yerin sahibi isə “Omar” AİK-in sahibi olduğu “Nəfəs” ləqəbli at olmuşdur.

Ərəb atlarının yarışdığı 800 m məsafəyə qaçışda 2-ci qaçışın nəticəsinə görə 1-ci və 2-ci yerləri müvafiq olaraq “Günay” AİK-in sahibi olduğu “Şiraz” ləqəbli at və “Qraf” ləqəbli at tutmuşdur, 3-cü yerin sahibi isə Əsqərov Rafimin sahibi olduğu “Renessans-tersk” ləqəbli at olmuşdur.

3-cü qaçış 1400 m məsafəyə qaçış uğrunda mübarizə ilə davam etmişdir. İngilis atlarının yarışdığı bu qaçışda yenidən 1-ci və 2-ci yerin sahibləri müvafiq olaraq “Xan-Xan” AİK-in sahibi olduğu “Naxçıvan” ləqəbli at və “Miss Mambo” ləqəbli at, 3-cü və 4-cü yerlərin sahibləri isə, “Omar” AİK-in sahibi olduğu “Matilda” ləqəbli at və “Quida” ləqəbli at olmuşdur.

4-cü, yəni 1600 m məsafəyə qaçışda 4 yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışmışlar. Bu qaçışda 1-ci yerin sahibi “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” ləqəbli at, 2-ci yerin sahibi İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at, 3-cü yerin sahibi “Sərhədçi” AİK-in sahibi olduğu “Qaradaq” ləqəbli at, 4-cü yerin sahibi isə Əliyev Allahverənin sahibi olduğu “Laləzar” ləqəbli at olmuşdur.

Nəhayət mövsümün ilk cıdır yarışlarının son qaçışında ingilis atları 1600 m məsəfadə öz məharətlərini göstərmişlər. Bu qaçışda 1-ci yerin sahibi “Omar” AİK-in sahibi olduğu “Atilla” ləqəbli at, 2-ci yerin sahibi Əlizadə Azərin sahibi olduğu “Butsefal” ləqəbli at, 3-cü yerin sahibi “Omar” AİK-in sahibi olduğu “Mr. Tornado” ləqəbli at, 4-cü yerin sahibi isə, Dadaşov Ələddinin sahibi olduğu “Royal Mirage” ləqəbli at olmuşdur.

Yarışların ümumi mükafat fondu 14200 manat təşkil etmişdir.

Hava şəraitinin qeyri-stabil keçməsinə baxmayaraq yarışlara xüsusi diqqət göstərilmiş və tamaşaçılar tərəfindən maraqla izlənilmişdir.