Seyid Musayev CSI1*-W turnirindən qələbə ilə qayıdır.


 Gürcüstan Respublikasının Tiflis şəhərində keçirilən CSI1*-W kateqoriyalı beynəlxalq turnir başa çatıb. Belə ki, 02.09.2018-ci il tarixdə turnirin final mərhələsində maneələrin hündürlüyü 140-160 sm olan yarışda idmançımız Seyid Musayev “Concorde 57” ləqəbli atla 1-ci yerin və Kubokun sahibi olmuşdur.İdmançımız Yahor Morotski isə “Astrello” ləqəbli atla 2-ci yeri qazanmışdır. Gürcüstan təmsilçisi Şalva Qaçelizadze isə 3-cü yerdə qərarlaşmışdır.